İqtisadiyyatManşet

Azərbaycanda nə qədər ev əşyaları girova qoylub? – RƏSMİ

Azərbaycanda yeni fəaliyyətə başlayan daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən (DƏYDR) istifadə edənlərin sayı artır. Maliyyə Bazarlarına Nəzarət Palatasından FED.az-a verilən məlumata görə, 15 mart 2018-ci il tarixindən etibarən fəaliyyətə başlayan https://mpcr.fimsa.az/ elektron portalında 31.05.2018-ci il tarixinə qeydiyyatdan keçmiş şəxslərin sayı 600 nəfərə yaxın, yüklənmiş bildirişlərin sayı isə 18 mindən çox olub.

Reyestrə ən çox bildiriş daxil edən kredit təşkilatları aşağıdakılardır: “Unibank KB” ASC, “Nikoyl” İKB ASC, “Accessbank” QSC, “Bank of Baku” ASC və “Turanbank” ASC.

İlkin məlumatlara görə reyestrdə ən çox girov qoyulan istehlak malları, yən ev əşalarıdır – 10 565 ədəd. Sonrakı yerləri zinət əşyaları (2 457), mebel (1 845), heyvanlar (1 061) və dövriyyədə olan mallar (538) tutur.

Xatırladaq ki, Reyestr kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxışını təmin etmək və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılıb.