DiasporDünya

Beynəlxalq festivalda Azərbaycan da təmsil olunub

Belarusun Qrodno şəhərində 12-ci “Milli Mədəniyyətlər” festivalı keçirilib.

Festivalda 36 ölkədən diaspor təşkilatları iştirak edib. Diasporla iş üzrə Dövlət Komitəsindən Aktor.Az-a verilən məlumata görə,Belarusdakı  “Azərbaycan İcmaları Konqresi” beynəlxalq ictimai birliyi  Azərbaycanın milli musiqiləri, xalq geyimləri, milli mətbəximizin ləziz təamlarını festival iştirakçılarına təqdim edib.

Qədim xalçalar və məişət alətləri, milli musiqi alətləri, xüsusi suvenirlərlə bəzədilən Azərbaycan guşəsi  maraqla qarşılanıb. “Sarı gəlin” və “Leqendı Kavkaza” rəqs ansamblları, Azərbaycandan dəvət olunmuş sənət adamları festival iştirakçılarına yaddaqalan anlar yaşadıblar.

Festivalda qonaq qismində 200 min nəfər iştirak edib.

Dövlətlər arasında sülhə, tolerantlığa göstərilən diqqətin bəhrəsi kimi “Xoşbəxtlik ağacları” əkilib,  ağacların budaqlarından ölkələrin bayrağını əks edən rəngli lentlər asılıb.