Volodin Bakıya gəlir
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək.
“Moscow-Baku”nun verdiyi məlumata görə, Dövlət Dumasının sədrinin səfəri iyunun 24-ə planlaşdırılıb.
Səfər zamanı V.Volodin Azərbaycanın yüksəkvəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirəcək, ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunacaq.