Müdafiə üçün ayrılan vəsaitin məbləği məlum olub
Azərbaycanda 2018-ci ildə dövlət büdcəsindən müdafiə üçün ayrılan vəsaitin məbləği məlum olub.
Aktor.Az-ın məlumatına əsasən, 2018-ci ilin dövlət büdcəsində ümumilkidə müdafiə xərcləri üçün 2.739 milyard manatın ayrılması nəzərdə tutulur.
Bu məbləğin 1.366 milyard manatı müdafiə qüvvələri, 111.658 milyon manatı milli təhlükəsizlik, 2.663 milyon manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara, 1.258 milyard manatı isə digər kateqoriyalara aid edilməyən xərclərə sərf ediləcək.
Dövlət büdcəsindən həmçinin, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq oqranlarına 1.329 milyard manatın ayrılması nəzərdə tutulur.