Diaspor

Rusiyada Azərbaycan diasporunun rəhbəri vəfat edib

Rusiya Federasiyasının Orenburq vilayətindəki Azərbaycan icmasının rəhbəri Ələddin Məmmədov bu gün 52 yaşında vəfat edib.Bu barədə Aktor.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda deyilir ki, Ələddin Məmmədov Azərbaycan diasporunun fəallarından idi. Onun rəhbərlik etdiyi təşkilat – Orenburq Azərbaycanlıları Milli Konqresi Azərbaycan mədəniyyətinin, ənənələrinin təbliğinə, xalqlar arasında dostluq münasibətlərinin gücləndirilməsinə töhfələrini verib.

Naxçıvan Muxtar Respublikasında doğulan Ələddin Məmmədov Moskva Bədən Tərbiyəsi və İdman İnstitutunda təhsil alıb. O, uzun illər Rusiyada yaşayıb və sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Diasporla İş üzrə Dövlət Komitəsi Ələddin Məmmədovun vaxtsız vəfatı ilə əlaqədar mərhumun ailəsinə başsağlığı verir, yaxınlarına səbr diləyir.