Bakıda növbəti beynəlxalq tədbir keçiriləcək
Ölkəmiz daha bir möhtəşəm tədbirə ev sahibliyi edəcək. Səhiyyə sahəsində tanınmış beynəlxalq ekspertlərin və təmsil olunan beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi Avropa Tibb Assosiasiyalarının Forumunu 33 -cü illik konfransı öz işinə başlayır.
Azərbaycan Tibb Assosiasiyasından XALQ.AZ-az verilən məlumata görə “Hilton” otelində təşkil olunan konfrans bəşəriyyətdə maraq doğuran qlobal səhiyyə məsələlərini əhatə edəcək,Avropada səhiyyə və tibb sahəsində aparılan beynəlxalq reformlar və qazanılmış təcrübələr müzakirəyə çıxarılacaq. Forum iki gün – 31 may və 1 iyun tarixlərində daavam edecək. Konfransda təmsil olunan beynəlxalq tərəfdaş təşkilatlar, səhiyyə sahəsində starteji səhiyyə siyasətini və beynəlxalq tövsiyyələri,qərarlarını qəbul edən və həyata keçirən nüfüzlu qurumlardır. Dünya Tibb Assosiasiasının Baş katibi Dr. Otmar Kloiber, Dünya Tibb Təhsili Federasiyası prezidentinin müşaviri Canet Qrant, Avropa Tibb Mütəxəssiləri Birliyinin prezidenti Romuald Karjevski, Avropa Həkimləri daimi Komitəsinin prezidenti Jacques de Haller öz maraqlı məruzələri ilə çıxış edəcəklər. Məruzəçilər icbari tibbi sığortada-Avropa təcrübəsi, İlkin tibbi yardım- ailə həkimliyi və s. mövzularda çıxış edəcəklər.
25 ölkənin səhiyyə sahəsində tanınmış beynəlxalq mütəxəssislərinin qatıldığı forum iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu öndərimiz Heydər Əliyevin zəngin tarixi irsi ilə də tanış olacaqlar. Tədbir Cümhuriyyətimizin 100 illiyinə və 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi gününə həsr olunub.