Monteneqro mətbuatında Cümhuriyyətlə bağlı məqalə yayılıb
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyi münasibətilə cari ilin 18 may tarixində Monteneqronun Donya Goritsa Universitetində keçirilən konfransda çıxış etmiş AMEA-nın A.A.Bakıxanov adına Tarix institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarovun məruzəsi maraqla qarşılandığından Monteneqro mətbuatında yayımlanıb.
“Müstəqil Azərbaycan Cümhuriyyətinin yaradılması uğrunda mübarizə” adlanan məqalədə xronoloji və məntiqi ardıcıllıqla müstəqilliyimizə gedən yol, cümhuriyyətimizin apardığı mübarizə, xalqımıza qarşı bolşevik-daşnak qırğınları, böyük dövlətlərin maraqları, AXC-nin dünyada tanınması, İstiqlaliyyət bəyannaməsi, demokratik islahatlarda öncüllük, 23 ay ərzində dövlətin gördüyü işlər, əldə etdiyi nailiyyətlər dəlillərlə əksini tapıb.