“Qafqaz triosu” xalqımıza olan dərin nifrətin təzahürüdür – Akif Məmmədov
Təbii ki, bir Azərbaycan vətəndaşı kimi Rüstəm İbrahimbəyovun ssenari müəllifi
olduğu “Qafqaz triosu” filminə baxdıqda çox sarsıldım. Demək olar ki, filmdə
Azərbaycanlılara qarşı nifrətini pik səviyyəsində çatdırıb. “Qafqaz triosu” filmində
Azərbaycan xalqını vəhşi, qəddar, mədəniyyətsiz kimi amma milli kökləri
olmayan erməniləri isə alicənab, sülhsevər kimi təqdim edən Rüstəm
İbrahimbəyovun azərbaycanlı olması faktı daha çox üzücüdür.Eyni üzüntünü
yazıçı Əkrəm Əylisinin “Daş yuxular” romanı ilə bağlı da keçirtmişdik.
Filmdə əsas məqsəd bizi qeyri-sivil, vəhşi millət kimi tanıtmaqla, “Qafqaz triosu”
filmində həqiqətə uyğun olmayan səhnələri əks etdirməklə, dünya tamaşaçısını
gerçək həqiqətdən yayındırmaqdır. Müəllif ciddi cəhdlə göstərməyə çalışıb ki,
Dağlıq Qarabaş münaqişəsinin kökündə ermənilərin türklərə və azərbaycanlılara
qarşı nifrəti, onların işğalçılıq iddiası deyil, məhz azərbaycanlıların ermənilərə
qarşı dərin nifrəti faktoru durur.Filmdə diqqət çəkən məqamlardan biri də
azərbaycanlı adına rol alan aktyorların məhz İbrahimbəyovun qohumlarının və
gürcü aktyorlarının olmasıdır.
Öz millətinə qarşı olan xainliyi, ermənilərə olan rəğbətinin olması Rüstəm
İbrahimbəyova erməni ruhunun aşılandığının açıq göstəricisidir. Əlbəttə ki,
ruspərəst və ermənipərəst bir kinossenaristdən bundan artığını gözləmək də
mümkün deyil.
Akif Məmmədov
Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinin sədri