Kriminal

Kürəkən qayınanası və həyat yoldaşını qətlə yetirdi

Bakının Xətai rayonunda dəhşətli qətl hadisəsi baş verib.Report  xəbər verir ki, bıçaq zərbələri ilə qətlə yetiriliblər.M.İsgəndərovanın oğlu evə qayıdarkən qadınları evdə qan içində görüb və bu barədə Xətai Rayon Polis İdarəsinə məlumat verib.

Aydın olub ki, G.İsgəndərova bir müddət əvvəl həyat yoldaşından ayrılaraq qardaşının və anasının yaşadığı evə köçüb. G.İsgəndərovanın əri (hələlik adı açıqlanmır) bu gün axşam saatlarında onun yaşadığı evə gələrək həyat yoldaşını döyüb, buna müdaxilə edən M.İsgəndərovanı da bıçaqlayıb. Bundan sonra o, həyat yoldaşına çoxsaylı bıçaq zərbələri vurub. Hər iki şəxs çoxlu qan itirmədən ölüb.

Hadisəni törədən şəxs evdən çıxaraq məsuliyyətdən yayınmaq üçün naməlum istiqamətdə qaçıb.

Lakin  iki nəfəri qətlə yetirən İsmayılov Ramin Səfər oğlu bir müddət sonra  polisə təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.