Meriya Müsavat Partiyasının yürüşü ilə bağlı qərar verdi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşlə bağlı müraciətini cavablandırıb.APA-nın xəbərinə görə, meriya yürüşün keçirilməsinə razılıq verməyib.
BŞİH Müsavat Partiyasına həmin tarixdə keçmiş “Məhsul” stadionunda mitinq keçirməyi təklif edib.
Meriya yürüşə razılıq verməmək haqqında qərarını nəqliyyatın hərəkəti və insanların sıxlığı ilə əsaslandırıb.
Qeyd edək ki, Müsavat Partiyası oktyabrın 21-də Bakıda etiraz yürüşü təyin edib. Yürüşə razılıq verilməsi üçün BŞİH-ə müraciət olunmuşdu.