GündəmManşetMediaSiyasət

Nazir Ürək Mərkəzini Rəşad Mahmudovdan aldı

Millət vəkili, Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən uzaqlaşdırılıb.Aktor.Az xəbər verir ki, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev dünən sərəncam imzalayıb.Xəbəri Rəşad Mahmudovun özü “BakuPost”-a təsdiqləyib.

Onun sözlərinə görə, Bakı Ürək Mərkəziylə bağladığı müqavilənin müddəti mayın 18-də bitib. Müqavilənin müddəti artırılmadığına görə onun işinə xitam verilib.

Qeyd edək ki, Milli Məclisin (MM) Səhiyyə komitəsinin üzvü olan  Rəşad Mahmudov son aylar  səhiyyə naziri vəzifəsinə iddialı şəxs kimi təqdim edilib.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi” ötən ilin may ayında yaradılıb.

Mərkəzə həmin gündən Rəşad Mahmudov rəhbərlik edib.