Prezident icra başcısını vəzifəsindən azad etdi
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad olunub.
Aktor.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Hazırda Xaləddin İsgəndərov icra hakimiyyətində kollektivlə vidalaşır. Xaləddin İsgəndərovun səlahiyyətlərini hələki birinci müavini İlqar Süleymanov əvəz edəcək. Xəbər saytımıza icra hakimiyyətindən təsdiq olunub.
Bildirək ki, Xaləddin İsgəndərov 2012-ci ilin aprelindən Bakının Binəqədi rayonunda icra başçısı işləyirdi. O, sabiq vergilər naziri Fazil Məmmədovun yeznəsidir.