Ermənistan sülh və sabitliyə mane olur – SPİKER
“Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyin yaranmasına mane olur”.APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İstanbulda keçirilən zirvə toplantısında deyib.
Ölkələr arasındakı münasibətlərin dərinləşdirilməsində parlament diplomatiyasının önəminə toxunan Oqtay Əsədov bu sahədə Azərbaycanın həm Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində, həm də ikitərəfli münasibətlərdə səmərəli işlər apardığını vurğulayıb.
Türkiyə, Azərbaycan və Gürcüstan arasında həyata keçirilən beynəlxalq layihələri xatırladan Oqtay Əsədov bölgə ölkələri arasındakı münasibətlərin dərinləşdirilməsinə Ermənistanın işğalçılıq siyasətinin maneçilik törətdiyini deyib.