Jurnalist AzNews.az-a açıqlamasında bildirib ki, qızı Dövlət İmtahan Mərkəzinin mayın 13-də III ixtisas qrupu üzrə keçirdiyi imtahanda iştirak edib: “Maya Hüquq fakültəsini seçəcək. Onun imtahandan yüksək bal toplamasında təhsil aldığı Bakı Türk Liseyinin böyük rolu olub. Liseyin bütün müəllim kollektivinə təşəkkür edirəm. Bu, övladımdan çox məktəbin müəllim heyətinin uğurudur”.