69 yaşlı kişi özünü asdı
Balakəndə 69 yaşlı kişi intihar edib.APA-nın məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Talalar kəndində baş verib.
Kənd sakini, 1949-cu il təvəllüdlü Kamil Əhmədullah oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkar edilib.
69 yaşlı Kamil Məmmədovun intihar etməsi məlum olub.
Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.