Prezident yeni kompleksin açılışında iştirak edib
Mayın 14-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılış mərasimi olub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına kompleks barədə məlumat verdi.
Prezident İlham Əliyev kompleksi işə saldı və limanın ərazisini gəzdi.Dövlət başçısı kollektivin üzvləri və inşaatçılar ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.