Ana SəhifəMədəniyyətİrəvan Dram Teatrı mövsümün açılışına hazırlaşır

İrəvan Dram Teatrı mövsümün açılışına hazırlaşır

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 136-cı mövsümünü  26 oktyabr  2017-ci il tarixində, saat 19:00-da “YARAT” Müasir İncəsənət Mərkəznin səhnəsində əfqan yazıçısı Xalid Hüseynin dünyaca məşhur romanı əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” ikihissəli dramı ilə açacaqdır.

 

Teatrın mətbuat xidmətinin rəhbəri Teymur Bayramovun Aktor.Az-a verdiyi məlumata görə, səhnələşdirmə və quruluşçu rejissor Elvin Mirzəyev, quruluçşu rəssam Məhsəti Eldarova, bəstəkar Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

 

Rolları ifa edirlər: Nigar Həsənzadə, Vaqif Kərimov (Əməkdar artist), Səmayə Nəbiyeva, Şəbnəm Cəbrayılova, Rəşid Səməndər, Əmrulla Nurullayev, Niyaməddin Səfərəliyev, Natiq Həziyev, Ceyhun Əliyev, Sevinc Hüseynova, Rövşən Cəfərov və başqaları.

RELATED ARTICLES

Most Popular

Recent Comments