DünyaManşetSiyasət

İvanişvili böyük siyasətə qayıtdı

Bidzina İvanişvili Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının sədri seçilib. Gürcüstan mediasının məlumatına görə, bu barədə qərar partiyanın bu gün keçirilmiş V qurultayında qəbul olunub. B.İvanişvili partiyanın yüksək vəzifəsinə yekdilliklə seçilib.

Qurultayda “Gürcü Arzusu”nun yeni Siyasi Şurası da formalaşdırılıb.

Qeyd edək ki, “Gürcü arzusu” Partiyasının yaradıcısı milyarder B.İvanişvili 2012-ci ildə parlament seçkilərindən sonra Gürcüstanın baş naziri olub. Bir ildən sonra o, öz istəyi ilə vəzifəsindən istefa verərək siyasətdən getdiyini bəyan edib. “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının əvvəlki sədri baş nazir Giorgi Kvirikaşvili idi. O, ötən ayın sonunda partiya sədri vəzifəsini tərk edib.