Cəmil Quliyevin səlahiyyətlərinə xitam verildi, ITV-də yeni baş direktor
Xəbər verdiyimiz kimi, İTV Yayım Şurasının bugünkü iclasında telekanalın baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib.
Bəzi saytlarda şuranın iclasında Balakişi Qasımovun İTV-nin yeni baş direktoru seçilməsi xəbərləri yer alıb.
Bu arada Aktor.Az -a açıqlama verən Ələsgər Məmmədli müəyyən məsələlərə toxunub.”İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunun hazırlanmasında biləvasitə iştirak etmiş hüquqşünas yeni baş direktorun seçilməsi prosesini təəccüblə qarşılayıb.Onun sözlərinə görə, qanunun 20.1.3 və 21.1 maddələrində baş direktorun seçilməsi qaydaları nəzərdə tutulub:
“Yəni, baş direktor bu sahədə təcrübəsi olan 4-5 namizəd arasından seçilməli idi. Təsadüfi deyil ki, bu vaxta qədər baş direktorların seçilməsi qanuna uyğun aparılıb.İndi də müsabiqə elan olunmalı, namizədlər səndlərini verməli və onların sırasından şanslı şəxs baş direktor seçilməliydi”.
Bir neçə dəqiqə bundan öncə Aktor.Az-a açıqlama verən İTV-nin Yayım Şurasının sədri Muxtar İmanov məsələyə dəqiqliyi ilə aydınlıq gətirib.Onun sözlərinə görə, Balakişi Qasımov baş direktor deyil, televiziyada səlahiyyətli müavin təyin olunub:
“Bəzi saytlarda İTV-nin yeni baş direktorunun seçilməsi ilə bağlı xəbərlər yayılıb.Burada tələskənliyə yol verilib.Xatırladım ki, hələ may ayının 1-də Cəmil Quliyev baş direktorluqdan getmək istəyi ilə bağlı Yayım Şurasına ərizə ilə müracət etmişdi.Şuranın bu gün keçirilən iclasında onun müraciətinə baxıldı və onun istəyinə müsbət baxıldı. İclasda həmçinin Balakişi Qasımovun televiziyanın səlahiyyətli müavini seçilməsi barədə qərar qəbul olundu. Qaydalar üzrə televiziyanın yeni baş direktorunun seçilməsi ilə bağlı növbəti həftənin ilk günündən sənəd qəbuluna başlanacaq”.