Rauf Arifoğlu radikal müxalifəti ifşa etdi – VİDEO
“Cəmil Həsənli nanəcib adamdir, Əli Kərimlinin ağlı yoxdur. Onlar hakimiyyətə gəlsə, Azərbaycan qarışar, proqnozlaşdırılmayan proseslər olar, ölkə ərəb dövlətlərindən də bərbad vəziyyətə düşər”.
Bu fikirləri çox yaxın keçmişdə radikal müxalifətin düşərgəsində olmuş Rauf Arifoğlu Publika.az-a açıqlamasında deyib.
Radikalların iç üzünü ifşa edən R. Arifoğlu deyib ki, 2013-cü ildən bəri müxalifət düşərgəsində bir nəfər də olsun dəstəklənəsi lider yoxdur.
Yaxın keçmişdə müxalifətin öndə gələnlərindən olan Arifoğlunun fikirlərini əslində etiraf da adlandırmaq olar. Onun bu düşərgədən çıxmasını radikallar cəbhəsindəki murdarlıq və satqınlıqlarla əsaslandıran Arifoğlunun dedikləri bir daha təsdiq edir ki, Milli Şura xarici dəstəklə yaradılmış və əslində əsas məqsədi Azərbaycana zərər vurmaqdır. Əvvəlcə müxalifətə Rusiya vətəndaşı olan bir namizədin dəstəklənməsi diktə edilib. Bu baş tutmayınca Cəmil Həsənlinin üzərində dayanılıb: “Amma Cəmil Həsənlini dəstəklədim – o dəstəyə layiq deyildi, çox nanəcib bir adamdır, lakin proses elə gətirdi ki, biz ən zəif fiqurlarla yarışmağa məhkum edildik. Ondan sonra isə müxalifətin elə bir namizədi olmadı ki, mən onu dəstəkləyim. Məsələn, deyə bilərsinizmi, 2013-cü ildən sonra mən kimi dəstəkləyərdim?”.
Rauf Arifoğlu bildirib ki, Milli Şura və Əli Kərimli hazırda ölkəyə zərər vurmaqla və düşmənçilik toxumu səpməklə məşğuldur. Bu hərəkətlərinə görə də layiq olduqları münasibəti görürlər. O, Əli Kərimlini ağılsız adam adlandırıb: “Ağlı olsaydı, partiyasını, ən qiymətli adamlarını və müxalifətçilik təsisatını o vəziyyətə qoyardı? Müxalifət təsisatını o qədər zibilləyiblər ki, üfunətdən onlara yaxın durmaq olmur. Əslində isə partiya sistemli bir təşkilat olmalı idi. Sizcə, qarşı tərəf, hər hansı bir iqtidar bu cür amansız, cəmiyyətə düşmənçilik toxumu yayan rəqibi ilə başqa nə cür davranmalı idi? …”
Milli Şuranın xarici dairələrin əlində bir təsir vasitəsindən başqa bir şey olmadığını Azərbaycan ictimaiyyəti də yaxşı bilir.
Rauf Arifoğlunun açıqlamaları isə məsələni tam çılpaqlığı ilə ilə ortaya qoyur. O, Əli Kərimlinin partiyasını və Milli Şuranı İŞİD-çilərlə eyniləşdirir: ” Əli Kərimli bir şeyi də anlamır ki, Qərb paytaxtları da, Moskva da cəmiyyətə bu cür düşmənçilik toxumu səpən, radikallıq yayan siyasi İŞİD-çiləri hakimiyyətə buraxmaz. Heç onların siyasi alternativ olmasına belə imkan verməzlər. Necə ki, vermirlər. Çünki onlar hakimiyyətə gəlsə, Azərbaycan qarışar, proqnozlaşdırılmayan proseslər olar, ölkə ərəb dövlətlərindən də bərbad vəziyyətə düşər. Qərbə və Rusiyaya sadəcə, onların mövcud olması, gərək olanda, indiki hakimiyyətə qarşı təzyiq riçağı kimi istifadəsi lazımdır…”
Rauf Arifoğlunun açıqlamalarından 3 il əvvəl üzvü olduğu Müsavat partiyası da nəsibini alıb. O, Müsavat partiaysının düşdüyü vəziyyəti çox lakonik formada ifadə edib: “Partiya param-parça, bölünmüş və bütün şanslarını itirmiş vəziyyətdədir. Ancaq ölkəyə zərər verməklə məşğuldurlar”.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: