Sülh carçısı-Heydər Əliyev
Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr hiyləgər idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz həmçinin daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”. Ölkənin çətin vəziyyətində düşdüyü mürəkkəb durumdan xilas etmək üçün güclü siyasi liderin nüfuzuna söykənən mütəşəkkil siyasi qüvvə lazım idi. Bu rəhbər sima zəngin dövlətçilik təcrübəsi və dərin siyasi təfəkkürü ilə xalqın birliyini təşkil edən və yenilməzliyini təcəssüm etdirən ümummilli lider Heydər Əliyev idi. Bu ağır zamanda xalq təkidlə Heydər Əliyevin siyasət səhnəsinə qayıdışına nail oldu. Ulu öndər Heydər Əliyevin qayıdışı ilə düşmən susdu və havadarlarının sığındı. Xaricdəki düşmənlər və ölkənin daxilində at oynadan naşı siyasi qruplar anladılar ki, Azərbaycanda dövlət quruculuğu prosesini dayandırmaq mümkün olmayacaq! Azərbaycanda qurtuluşdan iqtisadi-sosial layihələrin icrasına başlandı.
Ulu öndər Azərbaycanın xarici siyasətinin qayəsinin sülh, əməkdaşlıq və barış olduğunu yüksək tribunadan bəyan etdi. Təcavüzə məruz qalmış bir dövlətin sivil, demokratik mahiyyətindən və vətəndaş cəmiyyətinin formalaşdırılmasının başlıca məqsədlərdən biri kimi tanınmasından xəbər verirdi.
Dünya bunu gördü və qəbul etdi.Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik yolunda qarşılaşdığı çətinliklərin dəf edilməsində böyük müvəffəqiyyətə nail olmuşdur Ümummilli liderimizin bizə ərmağan qoyub getdiyi zəngin irsi bu gün də, sabah da öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir.
Bu zəngin irs müstəqil Azərbaycan dövlətinin sütunudur. Məhz bu qüdrətli sütunlar üzərində ucalan müasir Azərbaycan güclü ola bilir.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu yaradıcılıqla davam etdirib həyata keçirən hörmətli Prezidentimiz İlham Əliyevin səyləri sayəsində Azərbaycan sosial – iqtisadi inkişaf baxımından dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilmişdir. Nəinki respublikamızın mərkəzi şəhərləri, hətta regionların ucqar kəndləri, şəhərləri sürətli inkişaf yoluna qədəm qoymuş və tanınmaz dərəcədə dəyişmiş, müasirləşmiş, abadlaşdırılmışdır.Həyata keçirilən mühüm dövlət proqramları icra olunaraq əhalinin sosial-rifahı yaxşılaşır.
İndi Azərbaycan iqtisadi inkişaf tempinə görə öndədir. Dünyada əhəmiyyətli regional layihələrin təşəbbüskarı və iştirakçısıdır.
Ən önəmlisi isə odur ki, Heydər Əliyev siyasəti bugünlə, indi ilə yekunlaşan, bitən deyil. Bu siyasəti həmin uğurla gələcəkdə də davam etdirə biləcək Ali Baş Komandan,silahdaşları və aydın strategiya var.
Zaur Mirəz-zadə