Xəbər xətti

Cənub bölgəsinin vergi “sprutu”: ümid Mikayıl Cabbarovadır!

Hər keçən gün Vergilər Nazirliyinin cənub bölgəsi üzrə əməkdaşları barədə redaksiyamızın elektron poçtuna  müxtəlif xəbərlər daxil olmaqdadır.

Elə bu səbəbdən də Müstəqil.Az xəbər saytının iqtisadiyyat bölməsinin reportyor qrupunun nazirliyin 6 saylı Ərazi Vergi İdarəsinin (ƏVİ) əməkdaşlarının fəaliyyəti ilə bağlı araşdırması davam edir.

Mətləbə keçməmişdən öncə oxuculara ötən araşdırmaların linklərini təqdim edirik: (http://www.mustaqil.az/2018/04/24/vergi-mufəttisləri-pullarimizla-kef-edirlər-sahibkarlarin-harayi-fotolar/,http://www.mustaqil.az/2018/04/29/nazir-mikayil-cabbarov-gozdən-salinir-cənublu-sahibkarlar/, http://www.mustaqil.az/2018/05/03/14264)

Əvvəlki yazılarda neqativ halların tuğyan etdiyi satış məntəqələrindən – marketlərdən, tikinti materiallarının satış məntəqələrindən  və bu cür mərkəzlərdən faktlar təqdim etmişdik. Bu günlərdə Cəlilabada ezam olunan əməkdaşımız isə başqa sahədən qanun pozuntuları ortaya çıxarıb. Əməkdaşımız yerli fermer  və iş adamları ilə söhbətində daha çox neqativ hallarla müşahidə olunan faktlar haqda bilgi əldə edib.


Tilsimə düşən kartoflar

Məlumdur ki, Cəlilabad Azərbaycanın kartofçuluqla məşğul olan ən iri rayonlarından biridir. Toxumluq kartofar bir mənalı olaraq rayona Rusiya Federasiyasından idxal olunur. Fermerlərin qonşu ölkədən gətirdiyi kartof Cəlilabadda tilsimə düşür, kartof dolu vaqonların boşaldılmasına icazə verilmir. Vergi müfəttişləri hər bir vaqon üçün idxalçılardan 500-1000 manat arası vergi tələb edirlər. İdxalçılarla seperat danışıqlar öz “bəhrəsini” verir, “görüm nazirliklə danışım, qiyməti aşağa sala bilərəmmi”, – söhbətindən sonra sözssüz ki, qiymətdə güzəşt edilir. İş adamlarından alınan “vergidən” hər vaqon üçün nazirliyin büdcəsinə cəmi 100-150 manat ödənilir. Qalan pullar isə 6 saylı ƏVİ-nin diribaş və açıqgöz əməkdaşlarının həyat şəraitinin, “dolanışığının” yaxşılaşması üçün vasiətə olur.

 “Şapka”nın bölüşdürülməsi

Əməkdaşlarımız yola saldığımız 2017-ci ilin dakabr ayında terminalda sahibkarlarla VergilərNazirliyinin  əməkdaşlarının 6 saylı ƏVİ- nin Koordinasiya şöbəsinin müdiri Babayev Əli Elşad oğlu, Xidmət Bölməsinin  rəhbəri İsgəndərov Rauf Həsənağa oğlu ilə söhbət edib, qiymət razılığına gəldiklərini öyrənib. Büdcəyə köçürülən cüzi məbləğdən sonra qalan pullar yuxarıda adı çəkilənlərdən başqa  idarənin bölmə rəhbəri Bəhruz Heydərov və “Akula” ləqəbli  birinci müavin Namiq Bağırov və sözssüz ki, həm də idarənin müdiri Ədalət Fərəcovun arasında bölünüb.

Xidmət Bölməsinin rəhbəri İsgəndərov Rauf Həsənağa oğlu haqda məlumat verən mənbə, əməkdaşımıza bildirib ki, 2000-ci ildən 2018-ci ilin bu gününə qədər 6 saylı ƏVİ-də qeydiyyatda olan idxalla məşğul olan sahibkarlardan küllü miqdarda büdcəyə ödəmək adı ilə alınan pullarla o məşğul olub.

Bəstəboy, kepkalı mənbə bildirir ki, Rauf İsgəndərovun güvəndiyi adamlar idarənin bölmə rəhbəri Bəhruz Heydərov və “Akula” ləqəbli birinci müavin Namiq Bağırov və sözssüz ki, idarənin müdüri Ədalət Fərəcovdur. Adları çəkilənlər bütün işlərdə şərikli kimi davranırlar. Vergi idarəsinin müfəttişləri onlara qarşı çıxa bilmir, çıxsalar, onun gününü qara edib, ləkələyib işdən çıxarıb, haqqında qurama cinayət işi açdırırlar.

Səddə bərabər şərtlər

Necə ki, bu yaxınlarda cəlilabadlı vergi müfəttişi Vidadi Həsənov onların cızdıqları planla hərəkət etmədiyinə görə, həmyerlisi fermer  tərəfindən qorxudularaq izahatı alınmış və müfəttişi işdən çıxarmışdılar. Mənbə bildirir ki, bu planı gerçəkləşdirmək üçün Ramil adlı iş adamını Biləsuvar gömrüyünə dəvət ediblər. Ramil Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Xidmətinin Elşad adlı inispektoru tərəfindən sorğu sual olunub. Elşad fermerdən müfəttişin əleyhinə izahat verməyini tələb etmişdir. Həm də iş adamının incik olduğu digər iki əməkdaşın adının çəkilməməsi də onun qarşısına şərt kimi qoyulub. Nəticədə günahkarlar kənarda qalıb və rəhbərliyin marağını təmin etməyən işçi tutduğu görəvdən azad olunaraq, vəzifəsindən kənarlaşdırılıb.

Mənbə Elşadın nazirliyin Daxili Təhlükəsizlik Xidmətinin işçisi olduğu halda regiona səfərinin də birmənalı qarşılanmaması iddiasındadır. Belə ki, Bəhruza yaxın dost kimi tanınan Elşad arzu olunmayan müfəttişdən yaxa qurtarmaq üçün bu işə cəlb olunub.

İşdən qanunsuz olaraq qovulması haqda bəhs olunan keçmiş müfəttişlə mənbənin vasitəsi ilə görüşmək istəyi Müstəqil. Az-ın əməkdaşına nəsib olmayıb. Müfəttiş bildirib ki, o, mətbuata açıqlama vermək istəmir. Görünən kəndə bələdçi  lazım deyil – “bir neçə sahibkarla görüşsə, məsələyə aydınlıq gətirər “ -deyən,  Vidadi Həsənov əməkdaşımıza görüşməkdən imtina edib.

 “Uzaqgörmə” davranışı

Mənbə əməkdaşımızla söhbətdə daha bir dəhşətli faktın üstünə işıq tutub. Belə ki, 6 saylı ƏVİ-nin kurasiyasında olan hər bir rayonda fəaliyyət göstərən iri marketlərin, mebel istehsal edənlərin, istirahət mərkəzlərinin , restoranların və dövriyyəsi çox olan digər obyektlərin çoxlarının adı və təyinatı dəyişdirilib, avtomobillərə texniki xidmət adı ilə əvəzlənib, qeydiyyata alınıb. İdarənin Şəffaf Partnyorluq  və Xidmət bölmələri  bu adla yoxlamanın dayandırılmasına nail olub, sahibkardan illik vergi ödənişi və əməkdaşlıq adları ilə onlardan küllü miqdarda pullar alıblar, deyir mənbə. Mənbə bu “uzaqgörmə” siyasətdə bölmə rəhbərləri Rauf İsgəndərovun və Bəhruz Heydərovun adının keçdiyini deyir.

Mənbə idxalla məşğul olan sahibkarlardan alınan verginin də çöldən-çölə icra olunduğunu iddia edir ki, bütün bu məsələrədə də Rauf İsgəndərovun “zəhməti” əsas götürülür.

Bundan başqa, ərzaq idxalıyla məşğul olan sahibkarların Rauf və Bəhruzun sifarişi ilə müfəttişlər tərəfindən idarəyə dəvət olunaraq, aldadılıb vergi adıyla pullarının mənimsənilməsini də mənbə deyir:
“Sahibkardan idxal etdiyi malın dəyərinin 6% ni vergi ilə tələb edirlər. Lakin sahibkara güzəştə gedib, guya nazirlikdə kiminləsə danışıb sahibkarın yaxşı adam olmasını, himayəsində yetim-yesirin olmasını, dövlət tədbirlərinə köməkliketməsini misal gətirirlər. Bundan sonra gözəgörünməz yuxarıdakı faizi 4 %-ə endirir. Nəticədə də qanunla tələb olunan 2% pul büdcəyə ödənilir, yerdə qalan 2% isə vergi borclarına çatır.”

 Başı bəlalı 83 rəqəmi  VÖİN-lər

Dəhşətli falktlardan biri də budur ki, cənub bölgəsindən olub, Binə və Sədərək ticarət mərkəzlərində fəaliyyət göstərən iş adamlarından milyonlarla pul alınır. Belə ki, VÖİN nömrələri  83 rəqəmi ilə başlanan sahibkarların hamısı 6 saylıdan qeydiyyatdan keçiblər. Onların xaricdən – Çindən, Türkiyədən, Polşadan, İrandan, Belçikadan, Ukraynadan, Ruminiyadan idxal etdikləri malların dövriyyəsi milyonları aşır. Və hər birindən çöldən-çölə 4- 5%,  6%-lik vergi ödənişi tələb olunur. “Danışıqlar” vasitəsi ilə bu məbləğ hər iki tərəfə sərf edəcək qədər aşağa salınır. Büdcəyə isə, qanunda nəzərdə tutulduğu kimi, cəmi 2 faiz ödənilir. Bəzən bu 2 faizin də üstünə “əl gəzdirirlər”. Naziriyə bildirirlər ki, sahibkarın problemi var, ödəniş birdəfəlik deyil, hissə-hissə ödəniləcək və bu da qanun pozuntusudur.

 Ümid nazirədir!

Müstəqil.az– daxil olan məlumatlar bitmək bilmir. İncidilən sahibkarlar vergilər naziri Mikayıl Cabbarova  ümid bağlayır və inanırlar ki, dövlətin vergi siyasətinə əl uzadanlar günahkar bilinib cəzalanacaqlar.

Müstəqil.Az-a sızdırılan iformasiyaya görə, bu günlərdə idarənin müdüri Ədalət Fərəcov nazirliyə dəvət olunub. Havadarları tərəfindən xüsusi təlimat alıb, yoxsa rəhbəri olduğu və bir başa özünün adının keçdiyi qanun və iqtisadi ouzuntulara görə xəbərdarlıq edilib, bunu 6 sayl ƏVİ-də oturan əməkdaş dəqiq bilmədiyini deyib.

Və sözssüz ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.