AvtoManşetXəbər xətti

Tanınmış jurnalistin nazirə müraciətinə reaksiya verildi

Bir neçə gün öncə mediada tanınmış jurnalist, Müstəqil.Az saytının baş redaktoru Faiq Balabəylinin üzləşdiyi problemlə bağlı daxili işlər naziri Ramil Usubova müraciət etməsi ilə bağlı xəbər yayılmışdı (http://aktor.az/?p=6637).Yazıda o, Yol Patrul Xidməti əməkdaşlarının əməllərindən narazlığını ifadə edib.

Redaksiyamıza təkrar müraciət edən Faiq Balabəyli həmin xəbərin dərcindən sonra onunla əlaqə saxlandığını və Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məsələlərin təkrar araşdırılması üçün jurnalisti müvafiq bölməyə dəvət etdiyini xatırladıb.

 

Vaqif Əsədov

Həmkarımız bildirib ki, araşdırma zamanı görüntülərin nədən qeydə alınmamasını soruşub.Məlum olub ki, hadisənin baş verdiyi ərazi yol kənarında quraşdırılmış kameradan yetərincə uzaqda olub və sürücü (F.Balabəyli –red.) ilə kiçik serjant Rüstəmli İlkin Afət oğlu arasındakı danışıqlar, həmçinin Mersedesin qırmızı işıqdan keçib- keçməsi dəqiqliyi ilə lentə alınmayıb.Məsələnin qəlizliyini görən Vaqif Əsədov kiçik serjantı şöbəyə dəvət etməli olub.Məsafə səbəbindən böyük kamerada qeydlərin aparılması mümkünsüz olsa da, yol patrul avtomobilindəki kiçik kamerada həm sürücünün hərəkət trayektoriyasını, həm də jurnalist ilə polis əməkdaşı arasındakı danışıqları dəqiqliyi ilə qeydə alınıb.

Müəyyən olub ki, az da olsa Faiq Balabəylinin idarə etdiyi avtomobil qırmızı işıqdan keçib, nəticədə tərtib olunan protokolun şərtlərinə əsasən, cərimə ödənilməlidi.

 

Faiq Balabəyli

Xatırladaq ki, baş redaktor nazirə müraciətində araşdırmalardan sonra səhvinin olacağı təqdirdə cəriməni ödəyəcəyini dilə gətirmişdi. Saytımızın əməkdaşı ilə söhbətində media mənsubu artıq müvafiq məbləği ödədiyini bildirib. O, həmçinin saytımız vasitəsi hadisəyə bu cür operativ reaksiya verdiyinə görə, nazirə və Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirib.

Bu arada suallarımızı cavablandıran polis polkovniki Vaqif Əsədov yol patrul əməkdaşlarına sürücülərə mümkün qədər hörmətlə yanaşmağı tövsiyə etdiklərini xatırladıb.