DünyaGündəmManşetSiyasətVideo xəbərXəbər xətti

Jirinovski yenə sərsəmlədi: “Ermənistan barbarların əhatəsindədir” -VİDEO

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) odioz lideri Vladimir Jirinovski yenə ermənilərə sevgisini ortaya qoyub.

Aktor.Az xəbər verir ki, qondarma erməni soyqırımı ilə bağlı Moskvada təşkil olunan mitinq zamanı Jirinovski Azərbaycan və Türkiyənin ünvanına xoşagəlməz ifadələr işlədib.

Erməniləri ruslara sadiq xalq kimi qələmə verən partiya sədri bildirib ki, Ermənistan barbar ölkələrlə (?) əhatə olunub.

Jirinovski çıxışında həmçinin son günlər Yerevan küçələrində baş verən iğtişaşlara, aksiyalara da toxunub və əlavə edib ki, ermənilərin varlığının qarantı Qərb deyil, məhz Rusiyadır.Buna görə də bu ölkədə iqtidarda yalnız Kremlə yaxın siyasətçilər olmalıdır.

Aktor.Az həmin görüntüləri təqdim edir: