İqtisadiyyatManşetSiyasətSosialXəbər xətti

“Nazir Mikayıl Cabbarov gözdən salınır” – Cənublu sahibkarlar

Artıq bir neçə gündür ki, cənub bölgəsindən olan sahibkarların vergi müfəttişlərindən Müstəqil.Az xəbər saytının redaksiyasına ünvanladığı şikayət məktubu əsasında jurnalist araşdırması davam edir.

Oxucuların diqqətinə problemin mahiyyətini çatdırmaq istərdik. Vergilər Nazirliyinin Lənkəran şəhərində yerləşən 6 saylı Ərazi Vergilər İdarəsinin rəhbəri Ədalət Fərəcovun və idarənin bölmə rəisi Bəhruz Heydərovun, eləcə də cənub bölgəsində digər vergi müfəttişlərinin “fəaliyyəti” sahibkarları ciddi narahat etməkdə, hüquqlarının pozulduğu qənaətindədirlər.

Şəxsi maraqlar

Ötən yazıda (http://www.mustaqil.az/2018/04/24/vergi-mufəttisləri-pullarimizla-kef-edirlər-sahibkarlarin-harayi-fotolar/) şikayətçilər ölkə başçısının iş adamlarına yaratdığı şəraitə rəğmən bəzi dövlət qurumu və nazirliklərin prezidentin gördüyü işlərə kölgə salmaqla məşğul olduqları diqqətə çatdırılmışdı. Üzərlərinə düşən vəzifəni icra etmək əvəzinə qurum əməkdaşlarının bacarıq və istedadlarının şəxsi maraqlarının təmin olunmasına yönədildiyi də xatırladılıb.

Təkrar qeyd edək ki, şikayət məktubunda ölkə başçısı, eləcə də vergilər nazirindən dəstək istənilib, saytımız vasitəsi ilə Mikayıl Cabbarovdan rəhbəri olduğu quruma ünvanladıqları müraciətlərinin aqibətinin araşdırlması istənilib.

“Levi” pul

Ötən yazıda həmçinin Bakı-Astara şossesinin Cəlilabad dairəsində yerləşən “Yaşıl market” in vergi idarəsinin müfəttişlərinin əməlindən qara günlərini yaşaması faktları da gündəmə gətirilmişdi. Cəfərov Elməddinə məxsus həmin marketdə 2017-ci ilin xronometraj yolu ilə birinci yoxlama zamanı sahibkardan 1900 Azn, ikinci dəfə isə 1500 azn alınıdığı yer almışdı.Lakin saytımızda dərc olunan materialdan sonra özünü Elməddinin dostu kimi təqdim edən şəxs redaksiyamızla əlaqə saxlayaraq bəzi məsələlərin dəqiqləşdirilməsini istəyib. Belə ki, o, bildirib ki, qaydalara uyğun vergi müfəttişləri marketdə yoxlama aparıblar, lakin dostu Elməddindən “levi” pul almayıblar.Jurnalist etikasına uyğun da ötən yazımızda bu məqamı dərc etdik.

Dövlətə vurulan ziyan

Xatırlatdığımız kimi, araşdırmamız davam edir və Müstəqil.Az-ın əməkdaşları başqa qaranlıq mətləbləri üzə çıxarıblar. Əslində bu cür hallara Vergilər Nazırliyinin bəzi strukturlarında və ölkəmizin müəyyən regionlarında rast gəlinir. İşçi ilə bir rəqəmə müqavilə bağlamaq əslində isə daha çox əməkhaqqı verən dövlətin cibinə girmək, vergidən yayınmaqla iqtisadi sabotaja imza atmaqdır. Bu, ölkənin bir çox böyük qeyri- hökumət sektorlarında da belədir. Amma bizim araşdırma apardığımız məsələdə fərqli səhnənin şahidi oluruq. Burada Vergilər Nazirliyinin əməkdaşlarının himayəsi altında iş adamlarının aylıq gəlirləri gizlədilir və idxal olunan mallara qeyri-qanuni 6% gəlir vergisi qoyulur.

“Kepka”lı mənbə

Jurnalist araşdırması nəticəsində hazırda 6-saylı Ərazi Vergi İdarəsinin əməkdaşı olan və adının çəkilməsini istəməyən bəstəboy və daima kepkası başında olan vergi müfəttişinin bizə söylədikləri isə haqqında bəhs etdiyimiz vergi idarəsinin sahibkarlardan əldə etdiyi məbləğin həddindən artıq çox olduğunu göstərir. Mənbə bildirir ki, bu pulların hamısı heç də burada qalmır, çoxu yuxarılara ötürülür. Keçmiş vergilər naziri Fazil Məmmədovun kadraları hesab olunan bu rəhbər işçilər əslində bu əməlləri ilə indiki nazir Mikayıl Cabbarovun gözdən salınmasına, xalqın və iş adamlarının etimadını itirməyinə hesablanıb.

Yuxarıda təsvir etdiyimiz, adının hər vəchlə gizlin qalmasna çalışam Vergi müfəttişinin sayıqlığı əlindən verməməsi aydındır. Çünki ilaan vuran ala çatıdan qorxar , deyiblər. Mənbə, 6 saylı Ərazi Vergi idarəsində haqqın təkcə nazildiyinin, deyil, üzüldüyünün də dəfələrlə şahidi olduğunu, deyir.

“Akula” ləqəbli birinci müavin

Mənbə Cəlilabad şəhərində, Cavadxan küçəsində yerləşən “Rizvan” şirkətinin İran bazarı adlanan böyük ticarət mərkəszində fəaliyyət göstərən iş adamlarına da olunan haqsız əməllərdən bəhs edir: Təkcə 2016-cı ildə bazarda fəaliyyət göstərən sahibkarlardan vergi büdcəsinə ödəmək adıyla yığılan pulların böyük bir rəqəm idi.  Müfəttişlər Abdullayev Nicat və Seyfullayev Fariz sahibkarlrı aldadaraq guya ki, nazirliyin göstərişi ilə onlardan yığılan pulların yarısını operativ şöbənin rəisi Əliyev Valeh Yaşar oğluna veriblər. qalan hissəsini isə özlərinə götürüblər.

Yuxarıda adıları çəkilən cütlük – Niftəliyev İlqar və Seyfullayev Fariz , eləcə də müfəttiş Şahbazov Elçin 2017-ci ildə də eyni əməllərlə sahibkarlardan pul yığdıqlarını da mənbə dilə gətirir. Onu da qeyd edir ki, bütün bunlar onlara rəhbərlik tərəfindən verilən tapşırıqlara görə edilir. Nəticədə sahibkarlardan alınan illik gəliri Valeh Əliyevlə bölüşüblər. Mənbə onu da deyir ki, hətta bir vaxtlar rəis əvəzi işləyən Vəlihəddin Yunsurov da onlarla bacarmayıb. Belə ki, onların arxasında İdarənin “Akula” ləqəbli birinci müavini Namiq Bağırov dayanırmış.

 Asimana ucaldılan “Asiman”

Əliyev Valehin “işgüzar fəaliyyəti” Göytəpə şəhərindəki iş adamlarından da kənar qalmayıb. Rafiq adlı sahibkara məxsus “Asiman” marketin də sədası asimana ucaldılıb. Şöbə müdürü vəzifəsindən istifadə edərək “Asiman”ın sahibindən 2017-ci ildə Vergilər nazirliyinin yoxlaması adı ilə 6.500 AZN alınıb. Avqust ayında isə idarənin rəhbəri Ədalət Fərəcov adı çəkilən marketə xronometraj yoxlama açmışdır. Sahibkar hay- küy salsa da, Əliyev Valeh tərəfindən aldadılaraq alınan pul geri qaytarılmamışdır. Çıxılmaz vəziyyətdə qalan sahibkar daha 9500 AZN vergi olaraq büdcəyə ödəməli olmuşdur.

Əməkdaşımızla söhbətində sahibkarlar bildirib ki, keçmiş nazir Fazil Məmmdov işdən uzaqlaşdırıldıqda seviniblər ki, Mikayıl Cabbarov bu özbaşnalığa son qoyacaq. Əfsuslar olsun ki, 6 saylı ərazi Vergilər İdarəsində, “köhnə hamam, köhnə tas”,- anlayışı dəyişməz qalıb.

“Gah Bəhruz, gah da Ədalət gəlir”

Əməkdaşımızla söhbət edərkən iş adamları onu da xususi ilə deyiblər ki, onlara belə vergi müfəttişləri bizə lazın deyil: Əgər bizə mane olmasalar, işlərimizi görər, dövlətin də büdcəsinə vergi ödəyərik. Yoxsa məcbur edib, hədə-qorxu gəlib qazandıqlarımızı əlimizdən alırlar. İş adamarı, “gah Bəhruz Heydərov gəlir, gah Ədalət Fərcov, çapıb-talayıb gedirlər”- kimi fikirlər səsləndiriblər.

Mənbə cəlilabadlı iş adamı Əsgərov Sahib Əvəz oğlunun da başına gətiriləndən bəhs edir: Sahibin adına olan VÖİN vasitəsi ilə 2017-ci ildə İrandan 770 AZN-lik ticarət malları gətirilir. Xidmət şöbəsinin böyük dövlət vergi müfəttişi İsgəndərov Rauf Həsənağa oğlu Sahibə zəng vuraraq idarəyə dəvət edir. İdarənin 2-ci mərtəbəsində oturan müavin Namiq Bağırovun yanına aprır. Namiq müəllim ona çay gətizdirir, söhbət edir və bildirir ki, Vergilər Nazirliyi onun haqqında axtarış elan edib. Rauf onun yerini bildiyi və özünü tanıdığına görə zamin durub ki, həbs olunmasın. Sahib günahının və niyə axtarışda olmasının səbəbini soruşduqda ona bildirirlər ki, İrandan idxal etdiyi malların məbləğni  6% ni ödəməlidi, vəssalam.  Beləliklə, sahibkar 45 min manat ödəməli olur. Mənbə onu da bildirir ki, 20 ildir idarənin 6%-lik gəlrini Rauf həll edir.

 “Cənab nazir, bizi xilas edin!”

Bu arada Mikayıl Cabbaraova göndəriən daha bir məktub Müstəqil.Az-a daxil olub.Vergilər nazirinə ünvanlanmış həmin məktubda deyilir:

“Cənab nazir, 6-saylı Ərazi Vergilər İdarəsinə hər gələn yeni rəis qazancı Raufla tən yarı bölür. Çünki Rauf sahibkarların “dilini” yaxşı başa düşür. Sizdən xahiş edirik ki, biz sahibkarları Ədalət Fərəcov, Bəhruz Heydərov, Namiq Bağırov və Raufun əlindən alasınız”…

 

P.S Araşdırmamız davam edir. Reportajda adı çəkilən şəxslərin də açıqlamalarını işiqlandırmağa hazırıq.