Nazir Çinin hərbi texnikası ilə tanış olub
Çin Xalq Respublikasına rəsmi səfər çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin hərbi sənaye kompleksinə daxil olan “Poly Technologies” şirkətində olub.
Müdafiə Nazirliyindən Aktor.Az-a verilən məlumata görə, şirkətin rəhbərliyi ilə görüşdə Z.Həsənova bu müdafiə sənayesi müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Sonra müdafiə naziri müəssisənin istehsal etdiyi müasir döyüş texnikası və digər hərbi təyinatlı məhsullar ilə tanış olub.