“Vergi əməkdaşları yoxlama aparıb, amma…” – Münasibət
Artıq bir neçə gündür Müstəqil.Az xəbər saytı Vergilər Nazirliyinin Lənkəran şəhərində yerləşən 6 saylı ərazi vergi idarəsinin rəhbəri Ədalət Fərəcovun və idarənin bölmə rəisi Bəhruz Heydərovun, eləcə də cənub bölgəsində digər vergi müfəttişlərinin fəaliyyətlərin barədə redaksiyaya ünvanlanan müraciətlərlə bağlı araşdırma yazıları təqdim edir.
Ötən yazıda (http://www.mustaqil.az/2018/04/26/sən-hələ-olməyibsən) cənub bölgəsində fəaliyyət göstərən bir qrup iş adamının sözügedən şəxslərin əməllərindən redaksiyamıza şikayət məktubunun daxil olması barədə ətraflı məlumat vermişdik. Şikayətçilər ölkə başçısının iş adamlarına yaratdığı şəraitə rəğmən bəzi dövlət qurumu və nazirliklərin prezidentin gördüyü işlərə kölgə salmaqla məşğul olduqları diqqətə çatdırımışdı. Qurum əməkdaşlarının üzərlərinə düşən vəzifəni icra etmək əvəzinə bacarıq və istedadlarını şəxsi maraqlarının təmin olunmasına yönədildiyi də xatırladılıb.
Təkrar qeyd edək ki, şikayət məktubunda ölkə başçısı, eləcə də vergilər nazirindən dəstək istənilib, saytımız vasitəsi ilə Mikayıl Cabbarovdan rəhbəri olduğu quruma ünvanlanan müraciətlərinin aqibətinin araşdırlması istənilib.
Ötən yazıda həmçinin Bakı-Astara şossesinin Cəlilabad dairəsində yerləşəm “Yaşıl market” in vergi idarəsinin müfəttişlərinin əməlindən qara günlərini yaşaması faktları da gündəmə gətirilmişdi. Cəfərov Elməddinə məxsus həmin marketdə 2017-ci ilin xronometraj yolu ilə birinci yoxlama zamanı sahibkardan 1900 Azn, ikinci dəfə isə1.500 azn alınıdığı yer almışdı.
Lakin aprel 25-də Müstəqil.Az-ın redksiyasına zəng vuran Zaur adlı şəxs mağaza sahibi Elməddinin dostu olduğunu və onun adından danışaraq əvvəlki yazımızdakı bəzi məqamlarla bağlı yeni xəbərin getməsini istəyib. Müfəttişlər tərəfindən yoxlamaların keçirildiyini təkzib etməyən Zaur diqqətə çatdırıb ki, dostu Elməddin dövlət rüsumundan başqa vergi əməkdaşlarına əlavə “şapka” pul verməyib. Əlavə edib ki, proses qanun çərçivəsində aparılıb.
Olsun.Əsas məqsədi də elə budur ki, qaunun pozuntuları, əgər varsa, gündəmə gətirilsin, aidiyyəti orqanlar lazımı addımlar atsın, lazımı ölçü götürsünlər.
P.S: Bir daha xatırladırıq ki, yazılarda adları keçən şəxslərin fikir və arqumentlərini işıqlandırmağa hazırıq.