ManşetSağlıqSiyasət

Millət vəkili ürəyindən əməliyyat olundu – FOTO

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov səhhətində yaranan problemə görə, xəstəxanaya yerləşdirilib.Bir ay bundan əvvəl V.Əhmədov ürəyində ciddi problem yaranıb. Bakıda xəstəxanaların birinə yerləşdirilən millət vəkili ürəyindən təcili əməliyyat olunub və stend qoyulub.
Millət vəkilinin səhhəti normaldır, hazırda işinin başındadır.
Vahid Əhmədov Unikal.org-a açıqlamasında deyib ki, hazırda səhhəti normaldır, müalicəsini davam etdirir: “Ürəyimdə problem yaranmışdı. Müalicə olunuram”.