DiasporDünyaGündəmKriminalManşetXəbər xətti

Gürcüstanda azərbaycanlının evinə basqın: Əlirzanı öldürdülər

Gürcüstanın Kaspi rayonunun Ferma kəndində azərbaycanlı ailənin evinə silahlı basqın olub.APA-nın Gürcüstan bürosunun məlumatına görə, maskalı şəxslər gecə saatlarında evə daxil olaraq ailə üzvlərinə hədə-qorxu gəliblər. Ailə üzvləri arasında yaralananların olduğu bildirilir. Hazırda polis hadisə yerində araşdırma aparır.

***

Strateq.az-ın əməkdaşı həmin kəndlə əlaqə yaradıb. Kənddən sayta verilən məlumata görə, ötən gecə evinə basqın edilən şəxs Əlirza adlı şəxsdir:“Bəli, gecə onun evinə giriblər. Əlirzanı, əslində, işgəncə ilə öldürüblər. Görənlər deyir ki, Əlirzanın üz-gözündə çoxlu yara izləri olub. Görünür, onu çox vurublar.

Hadisəni kimlərin törətdiyi və nə səbəbə törətdiyi isə hələlik bilinmir. Polis hadisə yerində olub, ilkin araşdırma aparılıb”.

Onu da qeyd edək ki, Ferma kəndində əsasən azərbaycanlılar yaşayır. Həmin kəndin sakinləri Türkiyə və Çinlə kifayət qədər böyük biznes əlaqələri qurub, Gürcüstan bazarlarını geyimlə təmin edirlər.