Azay Quliyev Sərkisyanın istefasına münasibət bildirdi
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Tvitter hesabında Serj Sərkisyanın istefasına münasibət bildirib.
Aktor.Az parlament üzvünün fikirlərini təqdim edir:
“Ümid edirəm ki, Qarabağ münaqişəsi dalğasında qanla hakimiyyətə gələn Serj Sarkisyanın istefası erməni xalqının reallığı düzgün qiymətləndirərək qonşuları ilə münasibətlərə yenidən baxmağa, bölgədə ədalətli/davamlı sülhün bərqərar olması üçün adekvat addımlar atmağa imkan verəcək”.
Xatırladaq ki, bir qədər öncə Sərkisyan istefa verib.