Sağlıq

Abort etdirən qadınların statistikası açıqlanıb

Keçən il Azərbaycanda 37 618 qadın abort etdirib.Bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

Baş mama-ginekoloqun sözlərinə görə, həmin qadınlar əsasən 18-25 yaşlı qadınlar olub: “Heç bir qadında abortdan sonra fəsadlaşma baş verməyib, yəni ölüm halı qeydə alınmayıb”.

Abortların rəsmi olaraq stasionarda qeydiyyata alındığını deyən S.Məmmədova əlavə edib ki, nadir hallarda 18 yaşına çatmayan qadınlarda abort faktı olub: “Bunun da sayı keçən il çox az-5 nəfər olub”.