Neftçalada kütləvi dava – bıçaqlananlar var
Ötən gecə saat 1 radələrində Neftçala rayonunun Xolqaraqaşlı kəndində kənd sakini Vüsal Quliyevə məxsus yeməkxanada dava olub.
Virtualaz.org-un məlumatına görə, dava nəticəsində yeməkxananın sahibi, 40 yaşlı Vüsal Əzizağa oğlu Quliyev, Neftçala rayonunun Qırmızıkənd sakini, 33 yaşlı Valid Həsənqulu oğlu Əsgərov və Salyan rayonunun Şorsulu kəndində məskunlaşmış Zəngilan rayonundan olan 24 yaşlı Baba İsmayıl oğlu Mirzəyev müxtəlif dərəcəli kəsilmiş yaralarla Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Baba Mirzəyevə tibbi yardım göstərildikdən sonra bu gün səhər saatlarında ifadəsi alınmaq üçün Neftçala Rayon Polis Şöbəsinə aparılıb.
Hadisənin içki məclisi ətrafında yaranmış mübahisə zəminində baş verdiyi deyilir.
Faktla bağlı araşdırmalara başlanılıb.