Yerevanda böyük gərginlik, yollar bağlandı – CANLI
Yerevanda bir neçə gündür davam edən aksiya gərgin müstəviyə keçib. Aktor.Az xəbər verir ki, Paşinyanın rəhbərlik etdiyi etirazçılar mərkəzi küçələrini tam qapadıb.
Hazırda İrəvanın mərkəzində aksiya genişlənməkdədir.
Müxalifətin böyük etirazlar Serj Sərkisyan və komandasında narahatlıqlar yaratmağa başlayıb.
Qeyd edək ki, martın sonlarından Sərkisyanın baş nazir təyin olunmasına və beləliklə, hakimiyyəti zəbt etməsinə etriaz əlaməti olaraq Ermənistanın müxtəlif şəhərlərində yürüşlər keçirən Paşinyan bir neçə gün öncə İrəvana çatıb. İrəvandakı yürüş isə sonra Fransa meydanında böyük aksiya ilə nəticələnib.