Deputatın ölümünün təfərrüatı: Oteldə dünyasını dəyişib
120 saylı Qubadlı-Cəbrayıl DSK-dan deputat seçilmuş deputatı Astan Şahverdiyev aprelin 15-i səhər saat 8 radələrində Qusarda dincəldiyi istirahət mərkəzində dünyasını dəyişib.
Məlumata görə, o hadisədən bir gün əvvəl Misirxan adlı dostu ilə Qusara gəlib və yenicə fəaliyyətə başlamış “Şato” adlı istirahət mərkəzində qalıb. Paytaxtdakı ali məktəblərin birinin müəllimi olan Mehdixan səhər saat 07:00 radələrində dostunu səhər yeməyinə dəvət etmək üçün otağının qapısını döyüb. Bu zaman Astan Şahverdiyev dostuna özünü pis hiss etdiyini deyib. Dərhal təcil yardım çağrılıb və həkim briqadası tez istirahət mərkəzinə gəlib. Amma təcili yardım gələnədək Milli Məclisin üzvü keçinib.
Mərhumun qəfil ürək tutmasından keçindiyi ehtimal edilir. Astan Şahverdiyevin ağ ciyər xəstəliyindən və ürək çatışmazlığından əziyyət çəkdiyi bildirilir.
Milli Məclisin Qusardan seçilmiş deputatı Azər Badamovun İstiPressə verdiyi məlumata görə, mərhum həmkarı Qaradağ rayonundakı Lökbatan qəbristanlığında dəfn edilib.
Xatırladaq ki, adıçəkilən deputat bir müddət öncə Rusiyaya qazanc dalınca gedən həmvətənlərimizi “otxod” adlandıraraq təhqir etmişdi.