KriminalXəbər xətti

Salyanda ağır yol qəzası: Polis zabiti öldü

Ötən gecə Salyan rayonunda ağır yol qəzası baş verib.Aktor.Az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, Neftçala rayon sakini 1994-cü il təvəllüdlü Niftəliyev Rza Hicran oğlu “Priora” markalı avtomobilini idarə edərkən idarəetməni itirib və avtomobil Kürqaraqaşlı kəndində yol kənarındakı dirəyə çırpılıb.

Neftçala Rayon Polis şöbəsinin sahə rəisi, polis baş leytenantı olan R. Niftəliyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.