Fəxriyyə MəmmədovaGündəmManşetSağlıqSosialVideo xəbərXəbər xətti

İpoxondrik nevroz, yaxud “müalicəm mümkünsüzdür” yanaşması – Fəxriyyə Məmmədova /VİDEO

Əhalinin ən çox narahat olduğu və bəlkə də çox insanın bixəbər olduğu psixoloji problemlərdən biri də ipoxondrik nevrozlardır. Hər birimiz müəyyən zamanlarda fərqli xəstəliklərlə qarşılaşırıq.Biz həkimə müraciət edib,onların yazdıqları dərmandan istifadə edir, yaxud təsirini əvvəllərdə gördüyümüz effektli vasitələrlə özümüz-özümüzü müalicə edirik.

Lakin aramızda elə insanlar var ki, sağlamlıqları ilə bağlı yaranmış problemləri çox qabardırlar. Özlərini sağalmaz xəstəliyə tutulmuş kimi hiss edirlər. Belə insanlar ipoxondrik nevrozdan əziyyət çəkirlər.

Bu psixi pozğunluq həm kişilərdə, həm də qadınlarda rast gəlinir. Xəstəliyin ən çox təsadüf olunan yaş həddi 30-40 aralığıdı.Həkim tərəfindən edilmiş müayinə və analizlərin nəticəsi heç bir xəstəliyin olmamasını göstərsə də onlar buna inanmır,başqa həkimlərə müraciət edərək öz xəstəliklərini tapacaqlarına ümid edərlər.

Bu gün Aktor.Az-ın oxucularına o qədər də populyar olmayan bu mövzuda tanınmış psixonevroloq Fəxriyyə Məmmədova danışır:

Məmmədova Fəxriyyə Xanış qızı 1957-ci ildə Qubadlı rayonunda müəllim ailəsində anadan olub. Ağdam şəhərində 2 saylı beynəlmiləl orta məktəbini bitirərək, elə həmin il Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub.

1987-ci ildən etibarən Şuşa, Laçın, Ağdam şəhərlərində, daha sonra isə İran İslam Respublikasında həkim işləyib. Hazırda Bakı şəhəri Yasamal rayonundakı 3 saylı poliklinikada çalışır.

Həkim psixoterapevtdir.Mütəmadi olaraq dövrü mətbuatda, dövlət televiziya kanallarında maarifləndirici mövzularda çıxışlar edir.Rusiya, Qırğızıstan, Moldova, Almaniya, Fransa və digər ölkələrdə müxtəlif tibbi konfranslarda iştirak edib.

2015-ci ildə Fəxriyyə Məmmədovanın “Dünyada sülh, ailədə sülhdən başlayır” adlı kitabı dərc olunub.Ailəlidir, bir övladı var.

Peşəkar həkimin fərdi internet saytı da fəaliyyət göstərir. Daha ətraflı məlumat əldə etmək üçün bu ünvana daxil ola bilərsiniz: http://www.fakhriyyamammadova.com

 

Həkimlə əlaqə telefonları:

+994 50 317 4195

+994 50 581 5542