KriminalManşetXəbər xətti

Bakıda bıçaqlanma: 1 ölü,1 yaralı – VİDEO

Paytaxtda qətl törədilib.APA TV-nın xəbərinə görə, qanlı insident Bakının Xətai rayonu ərazisində baş verib.

 

Paytaxt sakini, 31 yaşlı Həsənov Vüqar Əbdülhəmid oğlu Günəşli qəsəbəsi, General Mehmandarov küçəsi 20 ünvanında adı hələlik istintaqla dəqiqləşdirilən bir nəfərlə mübahisə edib. Mübahisənin tərəflər arasında yol verilmiş nalayiq ifadələrdən qaynaqlandığı deyilir. Hər iki şəxs “söhbətin aydınlaşdırılması”na bıçaqla gəlib və sonradan əlbəyaxa davaya çevrilən mübahisə zamanı qarşılıqlı şəkildə bir-birilərinə bıçaqla xəsarətlər yetirib.

 

Nəticədə ağır xəsarət alan V.Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun bıçaqladığı şəxs isə hadisə yerində dünyasını dəyişib. Əraziyə Xətai RPİ-nin əməkdaşları cəlb olunub, müayinələr aparılıb. Cinayətin istintaqını rayon prokurorluğu araşdırır.