Prezident Hacı Cavad məscidinin açılışında iştirak edib
Bakının Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışı olub.Aktor.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaaçılış mərasimində iştirak ediblər.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlət başçısına görülən işlər barədə məlumat verib.
Xatırladaq ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında Hacı Cavad məscidi üçün yeni bina tikilib.