GündəmManşetSiyasət

Söyüş kampaniyası iflasa uğradı, niyyətlərinə… – Əflatun Amaşov

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov prezident seçkiləri ərəfəsində söyüş kampaniyası aparmasına münasibət bildirib.

Aktor.Az onun fikirlərini olduğu kimi diqqətə çatdırır:

“Söyüş kampaniyası cəmiyyətin mütərəqqi kəsiminin, xüsusən də media ictimaiyyətinin sərt reaksiyası nəticəsində iflasa uğradı. Lakin bu çirkin işi özünə hobbi, siyasi məqsədlərini gerçəkləşdirməyin yeganə vasitəsi kimi müəyyənləşdirmiş şəxslər yenə də fəaliyyətdədirlər.

Onların 11 aprel Prezident seçkilərinə hesablanmış hərəkətlərində başlıca məqsəd ölkə başçısı cənab İlham Əliyevin komandası daxilində nifaq toxumu səpmək, dövlət idarəçiliyində xaos yaradaraq vətəndaş etimadsızlığı üçün zəmin formalaşdırmaqdır. Dövlətimizə, ölkə başçısına sadiq insanların hədəfdə saxlanılması da məhz buna görədir.

Niyyətlərinə çata bilmədilər. Şübhəsiz, çata da bilməyəcəklər. Əli Həsənovun adının guya söyüş və təhqir dolu şərhlərin hazırlanmasında hallandırmaları siyasi iflaslarının son çırpınışıdır. İflasa məhkum olanlar həm xaricdə, həm də daxildədirlər.

Xaricdəkilərin məqsədi aydındır. Ayrı-ayrı anti-Azərbaycan dairələrin ölkəmizdəki maraqlarını təmin etmək üçün dəridən-qabıqdan çıxırlar. Bəs daxildəkilər nə istəyir? Görünür, hər kəsin asanlıqla söyülə, linç edilə bilinəcəyi vəziyyətin formalaşmasının arzusundadırlar. İqtidar hərislikləri, böyük və güclü olmaq niyyətləri bu qədərmi psixoz hal alıb? Çox təəssüf…”