Neftçalada 66 yaşlı kişi intihar etdi
Ötən gün axşam saatlarında Neftçala rayonunda intihar hadisəsi baş verib.Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Xıllı qəsəbəsinin 66 yaşlı sakini Ələkbər Saleh oğlu Zülfəliyevin həyətindəki yardımçı tikilidə asılmış meyiti yaxınları tərəfindən aşkarlanıb.
Kənd sakinlərinin bildirdiyinə görə, mərhum uzun illər kənd məktəbində hərbi hazırlıq müəllimi işləyib. 1992-ci ildə könüllü olaraq Qarabağ uğrunda döyüşlərə yollanıb. Sonralar cəbhədə aldığı psixoloji travmalardan ruhi xəstəliyə düçar olub.
1994-cü ildə anlaqsız vəziyyətdə həyat yoldaşını qətlə, övladına isə xəsarət yetirib. Ruhi xəstə olduğu üçün Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. 6 il orada qaldıqdan sonra kəndə qayıdıb.
Faktla bağlı araşdırmalara başlanılıb.