FotoİdmanManşetVideo xəbərXəbər xətti

Güləş millimiz ABŞ-da Dünya Kubokunda ikinci oldu – FOTO/VİDEO

ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışları başa çatıb. 

Aktor.Az xəbər verir ki, yığma komandamız Kuba, Qazaxıstan və Monqolustan idmançıları ilə B yarımqrupunda mübarizə aparıb və bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda rəqib digər yarımqrupda Hindistan, Gürcüstan və Yaponiya komandalarını üstələyən ABŞ idmançıları olub. Gərgin keçən qarşılaşma ABŞ yığmasının 6:4 hesablı qələbəsi ilə başa çatıb. Yığma komandamız Dünya ikincisi olub və gümüş medallara layiq görülüb.

FİNAL – ABŞ – AZƏRBAYCAN 6:4

57 kq – Tomas Gilman (USA) – Georgi Edişeraşvili 7:8
61 kq – Kendric Maple (USA) – Əfqan Xaşalov 6:2
65 kq – Logan Stieber (USA) – Hacı Əliyev 6:3
70 kq – James Green (USA) – Coşqun Əzimov 4:4*
74 kq – Jordan Burroughs (USA) – Hacımurad Ömərov 7:0
79 kq – Kyle Dake (USA) – Cəbrayıl Həsənov 5:3
86 kq – David Taylor (USA) – Aleksandr Qostiyev 12:2
92 kq – J’den Cox (USA) – Aslanbek Alborov 4:4*
97 kq – Kyle Snyder (USA) – Roman Bəkirov 14:3
125 kq – Nick Gwiazdowski (USA) – Cəmaləddin Məhəmmədov 3:4