“Opasnı Roma” göründü, güllə yaralarını göstərdi – VİDEO
Azərbaycanlı “qanuni oğru” “Lotu Quli”ni təhqir edən “Rahim Şəkinski” ləqəbli avtoritetin Fransada güllələnməsi barədə xəbər verilmişdi.Məlumdur ki, silahlı insident Fransanın Tuluza şəhərində baş verib. Naməlum şəxslər avtomobildən düşən 39 yaşlı azərbaycanlı Rahim Namazov və onun həyat yoldaşı Aidə Namazovaya atəş açıblar.
Ağır yaralanan azərbaycanlılar “Purpan” xəstəxanasına yerləşdiriliblər. Qadın aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişsə də, R.Namazovun vəziyyətinin ağır olduğu bildirilir.
Aktor.Az xəbər verir ki, bir müddət öncə Rahim Namazov görüntülənib və aldığı güllə yaralarını göstərib.
Qeyd edək ki, kriminal aləmdə özünü “Opasnı Roma”, “Rahim Şəkinski” kimi təqdim edən şəxsin bir müddət əvvəl “Youtube” şəbəkəsində səs yazıları yayılmışdı. Həmin səs yazılarında kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifov təhqir olunmuşdu.