DünyaFotoGündəmManşetSiyasətXəbər xətti

ŞOK: Putinin oğlu Pasxada kameralara düşdü – FOTOLAR

Bu gün bütün dünyada pravoslav xristianları Pasxanı qeyd edir. Ən əsas xristian bayramı – İsa peyğəmbərin zühuru qeyd olunur.

Rusiyanın paytaxtı Moskvada əsas bayram ayini “Xilaskar İsa” kilsəsində baş tutub. Kilsəyə Qüdsdən Müqəddəs Atəşin bir parçası da gətirilib.Bayramla əlaqədar Rusiya prezident Vladimir Putin ölkə vətəndaşlarını təbrik edib və onları yaxınlarına dəstək olmağa çağırıb.

Başqa bir önəmli məqam internet istifadəçilərinin kiləsəyə təşrif buyurmuş bir məktəblinin prezident Putinə oxşamasını qeyd etmələri olub.

 

 

Aktor.Az xəbər verir ki, hətta bu barədə Ukraynanın “Obozrevatel” saytı xüsusi xəbər hazırlayıb. Sayt rusiyalı blogger Rüstem Adaqamova istinadən sözügedən məqama diqqət çəkib.

 

 

Xatırladaq ki, artıq illərdi mətbuatda Putinin məşhur gimnast Alina Kabayevlə roman yaşadığı və ondan uşağı olduğu barədə yazılar gedir.

 

Putin 

Onu da xatırladaq ki, Pasxa bayramı qədim və xristian dünyasında ən önəmli bayramlardan biri hesab olunur. Bu dini bayram İsa Peyğəmbərin dirilməsi ilə əlaqadardı və hər il bahar fəslində qeyd olunur.

Pasxa bayramının qeyd olunma tarixi hər il dəyişir. Katoliklər, lüteranlar və pravoslavlar hər il Pasxa bayramını müxtəlif tarixlərdə qeyd edirlər, çünki bayramların tarixinin hesablanması prinsipləri fərqlidir. Nadir hallarda bütün xristianların bu bayramı eyni gündə qeyd etməsinə rast gəlinir.