GündəmManşetSiyasətXəbər xətti

“Anadolu” Azərbaycan gerçəklərinin çatdırılmasına hər zaman önəm verib – Əli Həsənov

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov “Anadolu Agentliyi Azərbaycan gerçəklərinin çatdırılmasına hər zaman önəm vermiş, informasiya embarqosunun götürülməsində böyük dəstək vermişdir” deyib.

Əli Həsənov, milyonlarla oxucunun hər gün dünyaya Anadolu Agentliyinin (AA) pəncərəsindən baxdığını vurğulayaraq “AA, Azərbaycan gerçəklərinin çatdırılmasına hər zaman önəm vermiş, bir zamanlar ölkəmizə tətbiq edilən informasiya embarqosunun götürülməsində böyük dəstək göstərmişdir” ifadəsini işlədib.

Əli Həsənov, AA-nın yaranmasının 98-ci ildönümü ilə bağlı təbrik məktubu göndərib.
AA-nın Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kasmal Atatürkün silahdaşları tərəfindən çətin bir dönəmdə qurulduğunu xatırladan Əli Həsənov, AA-nın qarşısına qoyduğu missiyanı layiqincə yerinə yetirdiyini, türk dövlətinin informasiya siyasətinə daim dəstək verdiyini, beynəlxalq media ilə informasiya körpüsü qurduğunu qeyd edib.

AA-nın bölgənin və dünyanın ən önəmli xəbər qaynaqlarından biri olduğunu vurğulayan Əli Həsənov, məktubunda bunları qeyd edib:

“Milyonlarla oxucu hər gün dünyaya AA-nın pəncərəsindən baxır. AA, Azərbaycan gerçəklərinin çatdırılmasına hər zaman önəm vermiş, bir zamanlar ölkəmizə qarşı tətbiq edilən informasiya embarqosunun götürülməsinə böyük dəstək vermişdir. Bu gün 13 dildə xəbərlər verən AA ilə Azərbaycan Dövlət Agentliyi (AZƏRTAC) və digər media qurumlarımız arasındakı faydalı işbirliyi məmnunluq hissi doğurur. Doğru informasiya siyasəti, zəngin təcrübə və peşəkar kadrlara sahib AA-nın yeni uğurlara imza atacağına və Türkiyənin daha da güclənməsinə dəstək verəcəyinə inancımız tamdır. 98 illiyiniz mübarək olsun”.