Fazil Məmmədov infarkt olması xəbərindən danışdı
Dünən axşam saatlarında sabiq vergilər naziri Fazil Məmmədovun qəfildən ürəyi tutması və nəticədə Mərkəzi Gömrük Hospitalına yerləşdirilməsi barədə xəbər yayıldı.
Sabiq vergilər naziri Fazil Məmmədov haqqında yazılan məlumatlara cavab olaraq Bizimyolinfo.az-a bildirib ki, bunlar əsassız, yalan, uydurma məlumatdır
“Səhhətim normaldı. Belə məlumatlar hardan, kim tərəfindən ötürülür, bilmirəm. Bununla neçənci dəfədir haqqımda yalan informasiya yayılır, bəsdirin artıq”.