Xəbər xətti

Qulini söyən “Opasnı Roma” belə güllələndi – VİDEO

Martın 30-da Fransanın Tuluza şəhərində Rahim Namazov və arvadının güllələnmə anının videosu yayılıb.Vieoda Namazovların maşınına maskalı şəxsin yaxınlaşdığı və çox yaxın məsafədən onlara 7 dəfə atəş açdığı əks olunub. Cinayətkar daha sonra hadisə yerindən qaçıb.
Məlumata görə, R.Namazovu xilas etmək mümkün olsa da, həyat yoldaşı həmin gün ölüb.
Hadisə ilə bağlı yerli prokurorluq orqanı araşdırma aparır.
Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə R.Namazovun Nadir Səlifovu (Lotu Quli) ağır təhqir edən səs yazıları yayılmışdı. Bundan sonra isə R.Namazov açıqlama verərək yayılan səs yazısının ona aid olmadığını bildirmişdi.