FotoXəbər xətti

Həkim Səbinə dəfn olundu – Qəbiristanlıqdan FOTOLAR

Ötən gün vəfat etmiş “Baku Medical Plaza” xəstəxanasında cərrah mama-ginekoloq kimi çalışan Səbinə Mirzəyeva dəfn olunub. Oxu.az xəbər verir ki, S.Mirzəyeva bu gün “Qurd qapısı” qəbirstanlığında dəfn olunub.

Qeyd edək ki, S.Mirzəyeva 3-cü mikrorayondakı evində olarkən səhhəti qəfil pisləşib və insult keçirib. O, dərhal çalışdığı “Baku Medical Plaza” xəstəxanasının Nəsimi rayonundakı mərkəzi filialına gətirilib. Lakin xəstəxanaya çatdırılanda onun artıq keçindiyi məlum olub və bütün tibbi müdaxilələrə baxmayaraq ginekoloqu həyata qaytarmaq mümkün olmayıb.

Bildirilir ki, S.Mirzəyeva arterial təzyiqdən əziyyət çəkirmiş və böyrəklərində problem yaranıbmış.

Mərhumun təzəlikcə 40 yaşını qeyd etdiyi deyilir.

Qeyd edək ki, mərhumun üç mərasimi sabah “Heydər” məscidində keçiriləcək.

Allah rəhmət eləsin!

Beyninə qan sızaraq dünyasını dəyişən Səbinə dəfn olundu - Qəbiristanlıqdan FOTOLAR