Bu gün MSDM sədri İsa Qəmbər Almaniyaya gedib.
Müsavat Başqanı Arif Hacılı bu xəbəri təsdiqləyib.
“İsa bəy bu gün Avropada yaşayan dostların xahişi ilə Almaniyaya gedib. Orada tibbi müayinələrdən keçəcək. Bir müddət bu ölkədə istirahət edəcək” – Arif Hacılı ” Basta” əməkdaşına bildirib.