İctimai Televiziyanın rəhbərliyinə erməninin dəstəklənməsi soydaşlarımızı hiddətləndirdi
Gürcüstan İctimai Televiziyasının (İTV) Qəyyumlar Şurasının üzvlüyünə milli azlıqları təmsil edəcək İzabella Osipovanın namizədliyinin irəli sürülməsi azərbaycanlılar arasında fikir ayrılığına səbəb olub.
Məlumata görə, Gürcüstan ombudsmanı Nino Lomcariya bu vəzifəyə İ. Osipovanın namizədliyini irəli sürərək parlamenti onu dəstəkləməyə çağırıb. Xalq müdafiəçisi deyib ki, İ. Osipova özü milli azlıq nümayəndəsi olaraq İTV-də onların maraqlarını müdafiə etməyə hazırdır.
Nino Lomcariya
Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev İzabella Osipovanın namizədliyini qəbuledilməz sayır. O bildirib ki, ombudsman bəyanatında İ. Osipovanın namizədliyinin Gürcüstanda yaşayan bütün etnik və dini qruplar tərəfindən yekdilliklə dəstəkləndiyini iddia edib: “Ombudsmanın bu məlumatı haradan əldə etdiyini bilmirik. Osipova 10 ildən çox bir müddətdə Ombudsman yanında Milli Azlıqlar Şurasının icraçı katibi olub və bu vaxt ərzində onun ətrafı şəxsi maraqlar üçün qrantların əldə olunması ilə məşğul olub. Osipovanın namizədliyinin dəstəklənməsi bu cür halların təkrar olunmasına gətirib çıxaracaq”.
Əli Babayev
Ə. Babayev əlavə edib ki, rəhbərlik etdiyi təşkilat Gürcüstan parlamentinin spikerinə və üzvlərinə müraciət edərək İ. Osipovanın namizədliyini dəstəkləməməyə çağırıb.
Qeyd edək ki, Gürcüstanda fəaliyyət göstərən və azərbaycanlıların təmsil olunduğu bir neçə QHT İ. Osipovanın namizədliyini dəstəkləyib.
İzabela Osipova
Aktor.Az onun fikirlərini təqdim edir:
“Xatırladım ki, Əli Babayev dünən bu mövzuda mətbuat konfransı keçirdi, lakin müraciətin müəllifləri – nə Xalq müdafiəçisi, nə də İzabela Osipova etirazlara bir şərh verməyiblər. Əgər onlardan biri açıqlama vermək istəyərsə, “Quriya nyus” onları dərc etdirməyə hazırdır.
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev parlamentin sədri İrakli Kobaxidzeni və parlament üzvlərini Xalq müdafiəçisi tərəfindən İctimai Yayımların Qəyyumlar Şurasına təqdim olunan namizəd İzabela Osipovanı dəstəkləməməyə çağırır. Onun dediyinə görə, Xalq müdafiəçisi Gürcüstanda yaşayan bütün etnik və dini qrupları nümayəndələrinin çoxunun fikrini öyrənmədən bəyanat verib. Xanım Lomcariya (Ombudsman) bəyanatında göstərmişdir ki, Osipovanın namizədliyi Gürcüstanda yaşayan bütün etnik və dini qrupların nümayəndələri tərəfindən yekdilliklə dəstəklənib.Bilmək istərdik, Ombudsman harda eşidib ki, Osipovanı Gürcüstanda yaşayan bütün etnik və dini qrupların nümayəndələri yekdilliklə dəstəkləyir. Əksinə, bizim ona qarşı çoxdandır suallarımız var.
Xanım Osipova bir dəfə də olsun fərqli düşüncəsinə görə təqib olunan insanların taleyi ilə maraqlanmayıb. Ombudsmanın Osipovanın“insan haqlarının müdafiəsi istiqamətində prinsipial fəaliyyətinin çoxillik təcrübəsi və yüksək nüfuzu var”, deyəndə, bəlkə konkret faktlar göstərə…Kimin hüququnu qoruyub və ya nə zaman prinsipial olub?
Gürcüstan Azərbaycanlıları Konqresinin üzvləri anlayır ki, İzabela Osipova Nino Lomcariyanın əməkdaşıdır və onu da başa düşürük ki, illərdir milli azlıqlara məxsus olan qrantlarla yaşayır.İllərdir ki, ondan bir kimsə cavab tələb etmir”.
Mirzə Məmmədoğlu
Mirzə Məmmədoğlu həm də bir qrup azərbycanlı QHT-lər tərəfindən erməni İzabela Osipovanın namizədliyinin dəstəklənməsinə hiddətlə reaksiya verib:
“Bilin, görün, bəzi cəmiyyətlərimizin tolerantlığı və üzdəniraq işlərini!
Bunlar aşağıdakılardı – Zaur Xəlilov (Mülki İnteqrasiya Fondu), Leyla Məmmədova (Gürcüstan Azərbaycanlıları Gənclər İttifaqı), Səbinə Talıbova (“Qaranquş” İttifaqı), Fərhad Musayev (İslahatlara və İnkişafa Dəstək üçün Gürcüstan Azərbaycanlıları İttifaqı), Gülya Mustafayeva (Gürcüstanın Fəal Azərbaycanlı Qadınlar Assosiyasiyası), Leyla Süleymanova (Azərbaycanlı Qadınlar İttifaqı) və İnqa Berikaşvili-Məmmədova (Azad İctimaiyyət Assosiyasiyası). Arnold Stepanyanın peykləri olan bu cəmiyyətlər “tolerantlıq” göstərərək erməni millətindən olan İzabella Osipovanı İctimai Televiziyanın Qəyyumlar şurasına üzvlüyə namizəd göstəriblər
Bir özündən və bəlkə də başqa birisindən ibarət olan bu cəmiyyətlər,daha doğrusu, “möhtəşəm yeddilik” Gürcüstan xalq müdafiəçisi yanında milli Azlıqlar Şurasının soydaşlarımıza adi bir kağızın-fərmanın verilməsinə qarşı çıxanda, Kvemo Kartlidə azərbaycanlıların xalq müdafiəçisi ştatı ləğv olunanda tolerantlığı kimlər göstərdi? Bəlkə deyələr. İzabela Osipova onda niyə bir söz demədi? Qəribə orasıdır ki, soydaşlarımızla əlaqədar məsələnin pozulmasında da bunlar irəlidə olub. Bu barədə daha geniş yazım olacaq”.
Məsələni biz də diqqətdə saxlayırıq.