Kriminal

Bakıda dəhşətli intihar – Satıcı qız özünü yerə atıb

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında intihara cəhd hadisəsi baş verib.“Report” xəbər verir ki, 2000-ci il təvəllüdlü Astara rayon sakini Ağazadə Şəbnəm Əhməd qızı günorta saatlarında özünü Avtovağzal Ticarət Mərkəzinin üçüncü mərtəbəsindən yerə atıb.
Yaralı açıq kəllə-beyin travması alıb. O, ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qız Avtovağzal Ticarət Mərkəzində satıcı kimi fəaliyyət göstərir. Hadisə iş vaxtı baş verib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.